Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya turoperatorları 5 milyard rubl zərərə düşüb

Rusiya turizm operatorları Türkiyəyə aviauçuşların dayandırılması ilə bağlı olaraq 5 milyard rubl zərərə düşüb.

Bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıblar. Bildirilir ki, bu barədə jurnalistlərə Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Yuri Barzıkin məlumat verib. O əlavə edib ki, hələ İstanbuldan keçərək digər ölkələrə uçan tranzit sərnişinlərlə bağlı rəqəmlər bu statistikaya daxil deyil. Əgər onlar da siyahıya daxil edilərsə, onda hazırki rəqəm daha yüksək ola bilər. Y.Barzıkin ümidvar olduğunu bildirib ki, bu itkiləri iyunun 1-dən aviauçuşların bərpasından sonra kompensasiya etmək mümkün olacaq.

Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında aviasiya əlaqəsi epidemioloji vəziyyətlə bağlı aprelin 15-dən iyunun 1-dək məhdudlaşdırılıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

18 Aprel 2021 04:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə