Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərtər Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDIR

Tender 4 lot üzrə keçirilir.
Lot -1. - Bir aqreqatlı Borsunlu nasos stansiyasının (nasos stansiyası binası, nasos aqreqatı, elektrik mühərriki, elektrik təsərrüfatı və köməkçi avadanlıqlar) və təzyiqli boru xəttinin (diametri 325 millimetrlik və uzunluğu 1,8 kilometr) təmiri işlərinin satın alınması.
Lot -2. Torpaq məcralı Qazyan və Qapanlı kanallarının beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə təmiri üçün və Borsunlu nasos stansiyasının və təzyiqli boru xəttinin təmiri məqsədilə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması.
Lot – 3. Hyundai (R-170 W-7) ekskvatorun əsaslı təmiri işlərinin satın alınması.
Lot – 4. Xüsusi vəsait hesabından təsərrüfatlararası kanalların lildən təmizlənməsi işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.
Əlaqələndirici şəxs – Zamiq Həsənov (baş mühasib).
Ünvan – Tərtər şəhəri, Heydər Əliyev prospekti 1.
E-mail: [email protected]
Telefon – (02223) 6-35-31.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər lot üçün 100 (bir yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri – Tərtər Suvarma Sistemləri İdarəsi
Bank – “Dövlət Xəzinədarlığı Agentliyi”
Kod – 210005
VÖEN – 1401555071
M/h – AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. CTREAZ22
VÖEN- 7200073341
Bank – 19 saylı Regional Xəzinədarlıq İdarəsi
H/h – AZ09CTRE00000000000002355701
Mal göndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində - tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
1. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
1.1. Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.
1.2. İddiaçıların fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
1.3. Maliyyə vəziyyəti haqqında bank arayışı.
1.4. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına aid arayış.
1.5. İddiaçının nizamnaməsi.
1.6. Dövlət reyestrindən çıxarış (qeydiyyatdan keçdiyi ölkə).
1.7. İddiaçının rekvizitləri.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 7 may 2021-ci il saat 14.00-a kimi tender komissiyasına dövlət satın almalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank zəmanətini 20 may 2021-ci il saat 14.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tenderin təklifi zərfləri 21 may 2021-ci il saat 14.00-da elektron portal vasitəsilə açılacaqdır.
 

Tender komissiyası

18 Aprel 2021 05:10 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 May 2021 | 03:00
BİLDİRİŞ
18 May 2021 | 02:11
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə