Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mil-Muğan Meşə Meliorasiya İdarəsi 2021-ci ildə kollektor-drenaj şəbəkələrinin lildən cari təmizlənməsi işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDIR

Tender 1 lot üzrə keçirilir.
Lot-3. 2021-ci ildə kollektor-drenaj şəbəkələrinin lildən cari təmizlənməsi işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır (əlaqələndirici şəxs - Həsənov Bəhlul Behbud oğlundan, telefon - (021) 285-20-64), email:
[email protected] ala bilərlər.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 200 manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilat- Mil-Muğan Meşə Meliorasiya İdarəsi
VÖEN- 6700036591
Bank - Dövlət Xəzinədarlığı Agentliyi
KOD- 210005
M/h- AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT- CTREAZ
H/h- AZ81CTRE00000000000002354502
Büdcə gəlirlərinin təsnifat kodu – 142316
Büdcə səviyyəsinin kodu – 7
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 4 may 2021-ci il saat 10.30-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 17 may 2021-ci il saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Tender təklifi zərfləri 18 may 2021-ci il saat 10.30-da elektron portal vasitəsilə açılacaqdır.
Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
 

Tender komissiyası

18 Aprel 2021 04:39 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 May 2021 | 03:00
BİLDİRİŞ
18 May 2021 | 02:11
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə