Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın bərpası ilə bağlı görülən işlər bizi çox sevindirir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan böyük tikinti-quruculuq işləri ölkəmizin hər yerində olduğu kimi, Qobustan rayonunun sakinləri tərəfindən də dərin razılıq hissi ilə qarşılanır. Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının Qobustan rayon komitəsinin sədri Ənvər Qayıbov bu barədə fikir və düşüncələrini bizimlə bölüşərkən dedi:

 

– İlk növbədə, qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qeyri-adi şücaətləri sayəsində ölkəmizin otuz ilə yaxın düşmən işğalı altında qalan ərazilərinin azad edilməsi olduqca böyük tarixi qələbədir. Bu, elə bir möhtəşəm uğurdur ki, təkcə bugünkü insanlarımız deyil, gələcək nəsillər də bundan sonsuz fəxarət hissi duyacaqlar.
Bəli, çox sevindirici haldır ki, işğaldan azad edilmiş rayonlarda genişmiqyaslı bərpa işləri həyata keçirilməyə başlanılmışdıır. Ərazi xain düşmənin namərdcəsinə yerləşdirdiyi saysız-hesabsız minalardan təmizlənir. Burada rahat, gözəl yollar çəkilir, yeni aeroportlar inşa edilir, başqa ifrastruktur layihələri uğurla icra olunur.
Bu işlərin miqyası və sürəti hər kəsi çox məmnun edir. Deməli, yaxın aylar, illər ərzində Qarabağın əsl sahibləri doğma ata-baba yurdlarına qayıdacaqlar, bu bərəkətli torpaqları əkilib-becərəcəklər. İnsanlar öz torpaqlarında şad-xürrəm ömür sürəcəklər. Bir sözlə, tezliklə Qarabağımızda normal həyat bərpa olunacaq.
Qeyd etmək lazımdır ki, bu gün təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, ölkəmizin hər yerində tikinti-quruculuq işləri görülür. Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub. Bu il aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Balaxanı qəsəbəsində bu layihə uğurla başa çatıb. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir.
Artıq Pirşağı da mahiyyətcə qədim, formaca yeni simasını qazanacaq. Həyata keçirilən tədbirlərin əsas məqsədi buradakı insanların daha yaxşı şəraitdə yaşaması, özlərini daha rahat hiss etmələridir. Pirşağı tarixən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Yekunda ekoloji vəziyyətin də yaxşılaşdırılması hədəf kimi qarşıya qoyulub.
Fəxrlə qeyd etmək istəyirəm ki, son illər bizim Qobustan rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri görülür. Rayonun mərkəzi Mərəzə qəsəbəsinin zahiri görünüşü çox dəyişib, ən ucqar kəndlərə belə rahat yollar çəkilb.
Ulu öndər Heydər Əliyev vaxtilə demişdir ki, vaxt gələcək, müstəqil Azərbaycan bütün dünyaya Günəş kimi doğacaq. Bu gün xoşbəxtlikdən həmin böyük arzu və məram çin olmuşdur. Prezident İlham Əliyevin müdrik liderliyi ilə Azərbaycan regionun və dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Biz, Azərbaycan vətəndaşları, əlbəttə, bundan sonsuz fəxarət hissi duyuruq.
 

Söhbəti qələmə aldı:
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti” nin bölgə müxbiri

18 Aprel 2021 04:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə