Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına səfəri çərçivəsində aprelin 16-da Sankt-Peterburqda Qoroxovaya küçəsi 6 ünvanında yerləşən binanın qarşısına gəliblər.
Nümayəndə heyətinin üzvləri burada Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin 1949–1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında ümummilli liderin binanın üzərinə vurulmuş barelyefini ziyarət ediblər.
Parlament nümayəndə heyətinin üzvləri dahi rəhbərin xatirəsini yad edərək, barelyefin önünə qızıl güllər düzüblər.
 

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq

18 Aprel 2021 03:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə