Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda taksi istifadəçilərinin sayı 28% artıb

Azərbaycanda bu ilin yanvar-mart aylarında avtobuslarla 233 967,2 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 37,4% azdır.

Dövlət Statistika Komitəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, 2020-ci ilin yanvar-mart aylarında avtobus nəqliyyatı ilə 373 749,5 min sərnişin daşınıb.

Məlumata görə, hesabat dövründə minik taksilərinin 18 624,3 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 28,4% çoxdur. 2020-ci ilin yanvar-martında  taksi xidmətlərindən 14 504,9 min nəfər istifadə edib.

Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9  min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır.

Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

17 Aprel 2021 12:55 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə