Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

Xaçmazda yaşadığı yeri tərk edən COVID-19 xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, Xaçmaz rayonu Ağarəhimoba kənd sakini T.Bədəlovaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. 

Lakin adı çəkilən qadın təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edərək, digər insanlar üçün real təhlükə yaradıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan T.Bədəlovanın törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana qaytarılıb. 

Faktla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır. 

17 Aprel 2021 11:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə