Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rekord yenilənib

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində “Liverpul” klubunu üstələyən “Real” komandası tarixində 14- cü dəfə turnirin yarımfinalına yüksəlib.

Madrid klubu bununla da yarış tarixində özünə məxsus rekordu yeniləyib. İspaniyanın “Barselona” və Almaniyanın “Bavariya” klubları Çempionlar Liqasının yarımfinalında 12 dəfə oynayıblar. Qeyd edək ki, “Real” “Liverpul”u dörddəbir final mərhələsinin ilk görüşündə 3:1 hesabı ilə məğlub edib. Cavab görüşü isə qolsuz heç-heçə ilə yekunlaşıb.

Məlumatı “Eurosport” yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

17 Aprel 2021 08:39 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə