Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ucar Meliorasiya İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot- 2. Müsüslü, Ramal, Şahlıq, Əlikənd, Qaracallı, Pirkənd və Küçəkənd kollektorlarının cari təmiri üçün planlaşdırılan lildən təmizləmə və torpaq işlərinin satın alınması.
Lot- 3. Ucar rayonunun Alpı, Qarabörk kəndləri və Ağdaş rayonunun Aral iki kəndlərində kollektor və su keçirənlərin əsaslı təmiri üçün planlaşdırılan işlərin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
Tenderdə iştirak haqqı hər bir lot üçün 100 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN-1401555071
M/h- AZ41NABZ01360100000000003944
Təşkilatın adı- Ucar Meliorasiya İdarəsi
H/h-AZ53CTRE00000000000002351902
VÖEN -7400067121
SWIFT CTREAZ22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; (arayışların əslləri və tarixləri tender elanından sonra olmalıdır);
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcumə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar bütün lotlar üzrə tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 12 may 2021-ci il saat 11.00-a , tender təklifi və bank zəmanətini isə 24 may 2021-ci il saat 11.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 25 may 2021-ci il saat 11.00-da açılacaqdır.İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

17 Aprel 2021 08:38 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə