Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi Poylu nasos stansiyasında I və II pillə arasında yerləşən təzyiqli metal boru xəttinin (PK 156+00-PK 254+00) polietilen boru (diametri 250 mm, 12 atmosfer, 4.2 kilometr) ilə əvəz edilməsi (işin davamı) işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-5. Poylu nasos stansiyasında I və II pillə arasında yerləşən təzyiqli metal boru xəttinin (PK 156+00-PK 254+00) polietilen boru (diametri 250 mm, 12 atmosfer, 4.2 kilometr) ilə əvəz edilməsi (işin davamı) işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs –Tağıyev İlqar Rəşid oğlu.
Ünvan- Tovuz rayonu, S.Məmmədov küçəsi 3.
E-mail: [email protected] gov.az
Telefon- 055 -634- 58- 80.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100.00 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri:
• Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi
• H h- AZ88CTRE00000000000002353503
• VÖEN- 7300139671
• Bank- Dövlət Xəzinədarlığı Agentliyi
• VÖEN- 1401555071
• Kod- 210005
• Mh- AZ41NABZ01360100000000003944
• S.W.İ.F.T- BİK CTREAZ22
Əlavə qeyd Ceyrançöl QOSTSİ İdarəsinin xüsusi hesabı
Fond-3
BSK-142575
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı
- bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədəolma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
– malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
– malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
– malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır).
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
– Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olması barədə rəsmi arayış;
Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 6 may 2021-ci il saat 10.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 19 may 2021-ci il saat 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri 20 may 2021-ci il saat 10.00-da elektron portal vasitəsilə açılacaqdır.
 

Tender komissiyası

17 Aprel 2021 08:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə