Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynanın infrastruktur naziri Aqrar Universitetində

Ukraynanın infrastruktur naziri Vladislav Krikliya Gəncə şəhərinə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetində də olub.
Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev son 5 ildə 3 dəfə Aqrar Universitetdə olub və bu tədris müəssisəsinin bugünkü səviyyəyə çatması üçün böyük işlər görüb. Rektor həmçinin Şərqi Avropada analoqu olmayan yeni tədris korpusu, universitetin maddi-texniki bazası, beynəlxalq əlaqələrin inkişafı, ikili diplom proqramları haqqında da nazirə ətraflı məlumat verib.
Nazir Vladislav Krikliya universitet barədə təəsüratlarının müsbət olduğunu, Odessa Dövlət Aqrar Universiteti ilə qurulacaq əməkdaşlığın da gələcək əlaqələrin inkişafına böyük səmərə verəcəyini bildirib.
Sonra Odessa Dövlət Aqrar Universitetinin rektoru, baytarlıq elmləri doktoru, professor Mixayıl Broşkov əməkdaşlıq və imkanlar barəsində geniş məlumat verib, ADAU ilə yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını bildirib.
Onlayn formada keçirilən görüşdə nazir Vladislav Krikliyanın iştirakı ilə müəllim, tələbə mübadilələri, qarşılıqlı dərsliklərin hazırlanması, ixtisaslaşmış şuraların yaradılması barədə əməkdaşlıq memorandumu imzalanıb.
 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

17 Aprel 2021 08:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə