Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubada baytarlıq aptekinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Quba şəhəri, 29-cu məhəllə, mərkəzi bazar ərazisində fəaliyyət göstərən, “Samir-HS” MMC-yə məxsus baytarlıq aptekində yoxlama keçirilib.

AQTA-dan "Xalq qəzeti"nə verilən məlumata görə, yoxlama zamanı baytarlıq aptekinin vitrinində yararlılıq müddəti bitmiş dərman preparatları aşkar edilib. Belə ki, aptekdə sanitariya tələblərinə, saxlanma qaydasına və temperatur rejiminə əməl olunmadığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, həmçinin işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq baytarlıq aptekinin fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.

16 Aprel 2021 15:54 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə