Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərişıq" yeni elektron xidməti istifadəyə verib

"Azərişıq" ASC istehlakçıların elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulmaq üçün yeni elektron xidməti istifadəyə verib.

"Xalq qəzeti" xəbər verir ki, təqdim olunan xidmət vasitəsi ilə abunəçilər evdən və ya ofisdən çıxmadan elektrik enerjisi şəbəkəsinə qoşula bilərlər.

ASC-nin sədrinin müşaviri Fərrux Əmirov bildirib ki, bu gündən sözügedən xidmət vasitəsi ilə 4 minə yaxın müraciət daxil olub.

Qeyd olunub ki, artıq qurumun 19 xidməti elektronlaşdırılıb. Abunəçilərin elektrik şəbəkəsinə qoşulması üçün nəzərdə tutulan bu xidmət abunəçiyə imkan verir ki, 20 gün müddətində şəbəkəyə qoşulmaq üçün müraciət etsin.

O həmçinin əlavə ödəniş etməklə bu müddəti 10 günə qədər azalda bilər.

16 Aprel 2021 15:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə