Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın HAVA PROQNOZU

Aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-22, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 

Aprelin 17-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 2 dərəcəyədək isti, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz 

Aprelin 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

16 Aprel 2021 18:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə