Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilin ilk rübündə 17,6 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

Ölkəmizdə qurulan elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin ilk rübündə e-qaydada 17,6 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb.

Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, onlardan 7,7 mini pensiya, 9,9 mini müavinət və təqaüd təyinatları olub.

Sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə pensiya, müavinət və təqaüd təyin edilib.

E-təyinat sistemləri xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin operativ təyinatına imkan verib.

16 Aprel 2021 10:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə