Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bədbin statistika

Rio de-Janeiro şəhərində ölüm sayı doğum sayını üstələyib.

Məlumata görə, bu proses artıq altı aydır ki, davam edir. Mart ayında şəhərdə 36 437 ölüm hadisəsi baş verib ki, bu da 32 060 olaraq qeyd edilən doğum sayından 16 faiz çoxdur. Braziliyanın əhalisi yarım milyondan çox olan digər 10 şəhərində də vəziyyət eynidir, ölüm sayı doğum sayından üstünlük təşkil edir. Bu rəqəmlər Braziliyanın koronavirusla mübarizəsində federal və yerli rəhbərlərin səriştəsizlik göstəricisi kimi qiymətləndirilir.

Hesab edilir ki, Braziliyada virusun sürətlə yayılmasına səbəb yerli ştammdır.

Xəbəri CNN yayıb.

16 Aprel 2021 08:02 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə