Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 95 Bakı şəhəri, 14 aprel 2021-ci il
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677,
№ 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli 38 nömrəli, 5 mart tarixli 59 nömrəli, 16 mart tarixli 69 nömrəli, 19 mart tarixli 74 nömrəli, 31 mart tarixli 81 və 83 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda “1.4.1.9.0.0” paraqraf əlavə edilsin:

2. “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə” üzrə:
2.1. 1.4.1-ci yarımbəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu gəlirlər faizlərdən, dividendlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalardan, Mərkəzi Bankın mənfəətindən ayırmalar, Dövlət Neft Fondundan daxilolmalar, sığorta təşkilatlarından ayırmalar, icarə haqqı, sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert üzrə daxilolmalardan ibarətdir.”;
2.2. aşağıdakı məzmunda 1.4.1.8-ci və 1.4.1.9-cu yarımbəndlər əlavə edilsin:
“1.4.1.8. Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar dedikdə, sərbəst qalıq vəsaitlərinin idarə edilməsi və ya etibarlı idarəetməyə verilməsindən dövlət büdcəsinə daxil olan vəsaitlər nəzərdə tutulur.
1.4.1.9. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert dedikdə, Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu kimi yaradılan Təminat Fondundan daxilolmalar nəzərdə tutulur.”
 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə