Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda son sutkada 2317 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 294211 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 257942 nəfər müalicə olunaraq sağalıb, 4045 nəfər vəfat edib, aktiv xəstə sayı 32224 nəfərdir. 

Ölkədə son sutka ərzində 14207, hazırkı dövrədək isə 3068679 test aparılıb.

15 Aprel 2021 16:29 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə