Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Zəfər kuboku” onlayn şahmat turnirinin qalibləri müəyyənləşib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə təşkilatçılığı ilə 18 yaşadək Bakı və Sumqayıt şahmatçıları arasında “Zəfər kuboku” onlayn turniri keçirilib.

BŞGİBİ-dən "Xalq qəzeti"nə verilən məlumata görə, www.chess.com şahmat portalında təşkil olunan yarışa nəzarət vaxtı 3 dəqiqə və əlavə 2 saniyə olmaqla, İsveçrə sistemi ilə 9 turdan ibarət olub.

Yetmiş səkkiz şahmatçının mübarizə apardığı yarışda Rüstəm Rüstəmov (Sumqayıt) 8 xalla birinci olub. Digər Sumqayıt təmsilçiləri Yunis Mahmudzadə yarışı ikinci, İlknur Məmmədov isə üçüncü pillədə başa vurublar. Qızların yarışında Sumqayıt şahmatçısı Aytac Kərimli bütün rəqiblərini qabaqlayaraq 7,5 xalla birinci olub. Bakı təmsilçisi Xanım İsmayılova gümüş, Nurtən Nuriyeva (Sumqayıt) isə bürünc medala sahib olublar.

15 Aprel 2021 16:27 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə