Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Google” məlumatlarla işləmək üçün “Logica” proqramlaşdırma dilini təqdim edib

“Google” şirkəti açıq mənbə koduna malik (“Apache 2.0” lisenziyası) “Logica” adlı yeni proqramlaşdırma dili təqdim edib. Yeni proqramlaşdırma dilinin adı Məntiq (Logic) və Aqreqasiya (Agregation) sözlərindən götürülüb. O, bundan əvvəl “Google” tərəfindən hazırlanmış “Yedalog” dilinin varisidir və “Datalog”a oxşardır.

 

 "Xalq qəzeti" xəbər verir ki, SQL-də kompilyasiya edilən yeni proqramlaşdırma dili “Google BigQuery”də istifadə üçün əlçatandır, bu halda o, SQL-də mövcud olmayan abstraksiya mexanizmlərini dəstəkləyir. İddia edilir ki, “Logica” dili istifadəçi sorğularını və başqa tapşırıqların yoxlanılmasını asanlaşdırır.

 

Faktiki olaraq “Logica” dili SQL-in imkanlarını genişləndirir, çünki ötən əsrin 70-ci illərində istifadəyə verilmiş dilin imkanları müasir standartlara tam cavab vermir. Daha dəqiq “Logica” dilində modulları daxil etmək və təkrarlanan məntiqi blokları təkrarən istifadə etmək olar.

15 Aprel 2021 19:07 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə