Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən bahalı klubu

Nüfuzlu “Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının yeni siyahısını dərc edib.

Siyahıya 4,76 milyard dollar dəyəri olan İspaniyanın “Barselona” futbol klubu başçılıq edir. Kataloniya klubu ötən ilki reytinqin lideri olan “Real”ı (4,75 milyard dollar) geridə qoyub və ilk dəfə “Forbes” siyahısında birinci yeri tutub. Siyahıda ikinci yerdə “Real” (4,75 milyard dollar) qərarlaşıb. Üçüncü yeri “Bavariya” (4,21 milyard dollar) tutub. Qeyd edək ki, ilk beşlikdə “Mançester Yunayted” (4,2 milyard dollar) və “Liverpul” (4,1 milyard dollar) klubları tamamlayırlar.

Xəbəri “Efutbol.ua” verib.

Elçin ABBASOV, “Xalq qəzeti”

15 Aprel 2021 08:27 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə