Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ hərbi qüvvələrini Əfqanıstandan çıxarır

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisinin bildirdiyinə görə, Birləşmiş Ştatların Əfqanıstandakı bütün hərbi qüvvələri 11 sentyabr - Dünya Ticarət Mərkəzi və Pentaqona edilən terror hücumlarının 20-ci ildönümünə qədər ölkədən çıxarılacaq. Bu barədə “Amerikanın səsi” məlumat yayıb. 

 

ABŞ rəsmisi bildirib ki, Prezident Cozef Bayden Amerikanın maraqlarını irəlilətmək üçün ən yaxşı yolun 20 ildən sonra Əfqanıstandakı müharibəni dayandırmaq olduğunu düşünür və bu barədə qərarını tezliklə elan edəcək.

ABŞ rəsmisi sonra deyib: “Biz çoxdan bilirdik ki, hərbi güclə Əfqanıstanın daxili siyasi problemləri həll edilməyəcək, Əfqanıstanda daxili qarşıdurmaya son qoyulmayacaq. Beləliklə, səylərimizi davam edən sülh prosesinin diplomatik dəstəklənməsinə yönəltdiyimiz zaman hərbi əməliyyatlarımızı bitiririk”.

Qeyd edək ki, Prezident C.Baydenin ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması haqda qərarı ilə bağlı xəbərlər Birləşmiş Ştatlar kəşfiyyatının pessimist hesabatının açıqlandığı vaxta təsadüf edir. Hesabatda gələn il sülh razılaşmasının mümkün ola bilməyəcəyi və Əfqanıstanın demokratik yolla seçilmiş hökumətinin düşməni olan Talibanın döyüş meydanında üstünlük əldə edəcəyi proqnozlaşdırılır.

Bu arada Türkiyə hökuməti bu il 24 aprel tarixindən Əfqanıstanın döyüşən tərəflər arasında 10 günlük sülh konfransına ev sahibliyi edəcəyini açıqlayıb. Bu gözlənilməz açıqlama bir gün əvvəl Talibanın nümayəndəsinin qrupun əvvəlcədən planlaşdırılan və həftənin sonuna yaxın keçirilməsi nəzərdə tutulan sülh konfransına qatılmayacağını söyləməsindən sonra verilib. Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

15 Aprel 2021 08:09 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
7 Avqust 2022 | 15:44
İranda zəlzələ olub

Köhnə versiyamızdan xəbərləri izlə