Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna naziri Gəncəyə səfər edib - FOTO

Ukraynanın İnfrastruktur naziri Vladislav Kriklinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə gəlib.

 "Xalq qəzeti" xəbər verir ki, səfər Ermənistanın müharibə zamanı Gəncədə törətdiyi cinayətlərlə yaxından tanış olmaq məqsədi daşıyır.

Qonaqlar ilk olaraq oktyabrın 11-də şəhərdə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların baş verdiyi əraziyə gəliblər. Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağıdılmış əraziyə gül dəstələri düzüb.

Qeyd olunub ki, ermənilər Gəncədə əhalinin sıx yaşadığı müxtəlif əraziləri “Toçka-U”, “Smerç”, “Scud” və digər raketlərlə gecə saatlarında atəşə tutublar. Bu hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.

14 Aprel 2021 15:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə