Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspress konteyner blok qatarı Bakıya çatıb.

“ADY Konteyner” MMC-dən “Xalq qəzeti”nə verilən məlumata görə, test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən  ibarətdir. Qatarla Türkiyədən ölkəmizə 588 ton yük  gətirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin  Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsul – “TURKUAZ” ekspress konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul (Asiya hissəsindən) və Mersin ətrafından  Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək.

“TURKUAZ” ekspress blok qatarının səfər müddəti 6 gündən ibarətdir.

14 Aprel 2021 15:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə