Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yazılan rəy sayına görə Azərbaycan ikincidir

“Avroviziya” mahnı müsabiqəsinin rəsmi yutub hesabında ən çox rəy bildirilən beş ölkənin adı açıqlanıb.

 

 "Xalq qəzeti" xəbər verir ki, nəticələr 2021-ci ilin iştirakçılarına görə müəyyənləşib. Statistika 10 aprelə olan göstəricilərdir.

 

Siyahıda ilk sırada Rusiyada böyük səs-küy yaradan və tənqidlərə məruz qalan Manijanın “Rus qadını” mahnısıdır. Sözügedən layihəyə 139 min 651 şərh yazılıb.

 

İkinci sırada 80 min 525 şərhlə Azərbaycan təmsilçisi Samirə Əfəndinin “Mata Hari” mahnısı qərarlaşıb.

 

28 min 531 şərhlə Serbiya üçüncü, 24 min 363 rəylə Ukrayna dördüncü, 13 min 323-lə isə Polşa beşinci yerdə qərarlaşıb.

14 Aprel 2021 19:13 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə