Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Samsung” şirkəti "ən güclü" “Galaxy” qurğusunu elan edib

"Samsung Electronics" şirkəti 28 aprel tarixində keçiriləcək "Galaxy Unpacked" təqdimat mərasimində "ən güclü Galaxy"ni təqdim edəcək. Şirkətin xəbərində konkret qurğunun adı çəkilməyib. "Galaxy" istehsal xəttinə smartfon, planşet və noutbuklar daxildir.

 

 "Xalq qəzeti" xəbər verir ki, cənubi Koreyalı müşahidəçilərin fikrincə, böyük ehtimalla söhbət "Galaxy Book Pro" və "Galaxy Book Pro 360", həmçinin ən qabaqcıl "Snapdragon" prosessoru ilə təchiz edilmiş "Galaxy Book Go" noutbuklarından gedir.

 

Mütəxəssislər bildiriblər ki, tarixdə ilk dəfə olaraq "Samsung" şirkəti şəxsi istehsalı olan fərdi kompüterlərin təqdimatını keçirəcək. Şirkət pandemiya səbəbindən bir çox insanın distant iş və təhsil rejiminə keçməsi fonunda bu qurğuların satış həcmini artırmaq niyyətindədir.

 

"TrendForce" marketinq şirkətinin proqnozuna görə, cari ildə dünyada noutbuklara qlobal tələbat 218 milyon təşkil edəcək ki, bu da ötən illə müqayisədə 8,1% daha çoxdur.

14 Aprel 2021 17:44 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə