Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Samsung” şirkəti “Galaxy Tab A7 Lite” adlı ucuz yığcam planşetini təqdim edəcək

“Samsung” şirkəti “Galaxy Tab A7 Lite” adlı ucuz planşetini təqdim etmək niyyətindədir. Qurğu haqqında Çinin Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinə istinadən “MySmartPrice” nəşri məlumat verib.

 

 "Xalq qəzeti" xəbər verir ki, planşet “IPS” texnologiyası üzrə hazırlanmış 8,7 düymlük ekranla təchiz ediləcək, amma təsvir ölçüsü hələ ki məlum deyil. “Galaxy Tab A7 Lite” cihazı 5100 milliamper/saat tutumlu akkumulyator və 15 vatt gücündə enerjidoldurma qurğusu ilə təchiz ediləcək.

 

Bundan başqa, planşet “MediaTek Helio P22T” prosessoru, 3 QB əməli yaddaş və 32 QB daxili yaddaşa malik olacaq.

14 Aprel 2021 19:48 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə