Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşə məktəblərinə direktor müavinlərinin işə qəbulu prosesi başlayıb

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesinə start verilir.

 

 "Xalq qəzeti" xəbər verir ki, müraciətlərin qeydiyyatı 14 - 21 aprel tarixlərində https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçiriləcək.

 

Portal elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırma üçün nəzərdə tutulub. 

 

Elektron qeydiyyat prosesinin qaydaları barədə aşağıdakı videotəlimat vasitəsilə daha ətraflı tanış ola bilərsiniz.

 

Qeyd edək ki, müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir. Müsabiqə peşə təhsili müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılır. 

14 Aprel 2021 12:56 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə