Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı metrosunda ağac şpallar dəmir-beton bloklarla əvəzlənir - FOTO

Bakı metropoliteninin “Elmlər Akademiyası” stansiyasında aparılan yenidənqurma uyğun olaraq, stansiyanın hər iki yolu üzrə gödək ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsinə başlanılıb.

“Bakı Metropoliteni” QSC-dən “Xalq qəzeti”nə verilən məlumata görə, hazırda stansiya yollarının təmas xətti sökülərək relslərin, yol yatağının sökülməsi ilə bağlı planlı işlərə başlanılıb.

İkinci mərhələdə yeni yol yatağının konstruksiyası qurulmaqla, betonlama işləri aparılacaq və yeni tipli üst-quruluş elementləri texnoloji tələblərə uyğun qurulacaq.

Qeyd edək ki, ağac şpalların ömrü ən yaxşı halda, 35-40 il, dəmir-beton blokların isə 50-80 il təşkil edir.

14 Aprel 2021 12:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə