Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prokurorluq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə videoçarx hazırlayıb - VİDEO

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daim prokurorluq orqanları tərəfindən müraciətlərin müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür. 

Baş Prokurorluğun mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, qurumun sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində, eləcə də birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunmuş çoxsaylı vətəndaşlar öz məmnunluqlarını ifadə edir, sosial şəbəkələrdə çoxsaylı videomüraciətlər ünvanlayırlar. 

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunanlarla bağlı #sözvətəndaşda həştəqi altında videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur:

 

"Növbəti videoçarxda isə Tovuz rayon prokurorluğuna müraciət edərək, şikayəti üzrə prokurorluq orqanlarında görülmüş işlərdən razılığını bildirən Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini Abdıyeva Sücayət Abdı qızının videomüraciətini izləyə bilərsiniz.

Əminliklə bildiririk ki, vətəndaş məmnuniyyətinin təmin olunması prokurorluq orqanları üçün hər zaman prioritet məsələdir".

 
14 Aprel 2021 12:38 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə