Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda rəqəmsal manat infrastrukturunun yaradılmasına başlanılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal manat üçün infrastrukturun yaradılması istiqamətində işlərə başlayıb.

  AMB-dən "Xalq qəzeti"nə verilən məlumatda qeyd olunub ki, bu istiqamətə analiz və tədqiqat işləri görülür və qısa zamanda nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, hazırda bir sıra ölkədə daxili rəqəmsal valyutaların yaradılması məsələsi gündəmdədir. Məsələn, Avropa Mərkəzi Bankının rəhbərliyi bütün yerli mərkəzi banklara tövsiyələr verib ki, onlar öz "stablecoin"lərini yaratsınlar. Yaxın 5 ildə Avropa öz rəqəmsal avrosunu yaratmaq niyyətindədir. Bu gün Çin də artıq öz rəqəmsal valyutasını – rəqəmsal yuan yaradıb və sınaqdan keçirir.

14 Aprel 2021 12:19 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə