Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan martda elektrik enerjisinin istehsalını artırıb

Bu ilin mart ayında Azərbaycan üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 mln. kVt-st artaraq 2 364,3 mln. kVt-st olub.

Energetika Nazirliyindən "Xalq qəzeti”nə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında isə respublikada elektrik enerjisinin istehsalı 6 924,9 mln. kVt-st olub. Hesabat dövründə ötən ilin 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 59,1 mln. kVt-st azalaraq 6 604,0 mln. kVt-st, SES-lərdə 15,69 mln. kVt-st artaraq 236,09 mln. kVt-st olub.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6257,2 mln. kVt-ts (İES-lərdə 6041,3 mln. kVt-st, SES-lərdə 215,9 mln. kVt-st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,64 mln. kVt-st (İES-lərdə 56,08 mln. kVt-st, SES-lərdə 17,13 mln. kVt-st, GES-də 8,43 mln. kVt-st), müstəqil elektrik stansiyaları üzrə 569,8 mln. kVt-st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 16,24 mln. kVt-st təşkil edib.

14 Aprel 2021 11:42 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə