Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğuzda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsini ictimai yerdə aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, rayonun Xaçmaz kənd sakini Adıgözəl Bilalov ev şəraitində müalicə almasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Adıgözəl Bilalov barəsində Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

14 Aprel 2021 10:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə