Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərazi tullantılardan təmizlənib

Türyançayın Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində məişət tullantılarının çay hövzəsinə atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. 

 

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, çay hövzəsinə keçirilən baxış zamanı sözügedən ərazinin Türyançay Dövlət Təbiət Qoruğunun ərazisi olmadığı məlum olub, lakin tullantıların pərakəndə şəkildə çay hövzəsinə atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi təsdiqini tapıb.

“Ərazinin qısa vaxt ərzində təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Ağdaş rayonunun Yuxarı Ləki bələdiyyəsinin sədri Faiq Mahmudova məcburi göstəriş verilib. Çay hövzəsi Xidmətin əməkdaşlarının nəzarəti altında bələdiyyə işçiləri tərəfindən tullantılardan təmizlənib”.

 

Qəzənfər QASIMOV,

“Xalq qəzeti

14 Aprel 2021 09:55 - EKOLOGİYA
EKOLOGİYA
7 May 2021 | 17:27
Sabaha olan hava PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə