Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Avropol”: Avropada mütəşəkkil cinayətkarlıq sürətlə yayılmaqdadır

“3DNews” portalının məlumatına görə, Avropa İttifaqı (Aİ) ölkələrində mütəşəkkil cinayətkarlıq getdikcə daha sürətlə yayılır və normal həyatın müxtəlif sahələrinə sirayət edir.

“Avropol” polis təşkilatının yaydığı hesabata əsasən, mütəşəkkil cinayətkarlığın Aİ ölkələri üçün təhlükəsi hələ heç zaman indiki kimi yüksək olmayıb. Getdikcə daha çox güc tətbiqindən yararlanan mütəşəkkil cinayətkar dəstələr hər il narkotik vasitələr və insan alveri, eləcə də kibercinayətkarlıq sayəsində milyardlarla avro əldə edirlər. Qeyd edək ki, təşkilatın hər dörd ildən bir analizlər əsasında hazırladığı hesabatda cinayət aləminin leqal dünya ilə necə sıx bağlandığı araşdırılıb. Hesabatda göstərilir ki, mütəşəkkil cinayətkar dəstələrin 80 faizi leqal biznes strukturlarından öz məqsədləri üçün istifadə edir, onların 60 faizi isə müntəzəm şəkildə korrupsiyadan vasitə kimi yararlanırlar. Çirkli pulların yuyulması professional şəkildə təşkil olunur və “yeraltı dünya”nın paralel maliyyə sistemi fəaliyyət göstərir.

Avropa İttifaqının daxili işlər üzrə komissarı İlva Yohannson hesabatın təqdimatında mütəşəkkil cinayətkarlığın Avropada iqtisadiyyata, cəmiyyətə, hüquqi dövlətçiliyə, ümumilikdə, demokratiyaya təhlükə törətdiyini söyləyib.

“Avropol”un dəyərləndirməsinə görə, hər il mütəşəkkil cinayətkar dəstələr Avropa İttifaqında 140 milyard avro mənfəət əldə edirlər.

 

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

14 Aprel 2021 09:53 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə