Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Angela Merkel pandemiyanın üçüncü dalğasının çox ağır olduğunu söyləyib

“Euronews” agentliyinin yaydığı məlumata görə, bu bəyanatla Almaniya kansleri Angela Merkel çıxış edib. Xanım Merkel kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib ki, koronavirus pandemiyasının üçüncü dalğası zamanı ölümsaçan virusa yoluxanların sayı “həddən artıq” oldu.

Mənbə qeyd edir ki, bununla yanaşı, Kansler ölkənin klinikalarındakı reanimasiya şöbələrində yüklənmənin yenidən artması barədə xəbərdarlıq edib. A.Merkel heç cür səngimək bilməyən pandemiya ilə bağlı ölkədəki hazırkı vəziyyəti şərh edərkən deyib: “Görünən odur ki, üçüncü dalğa ölkəmiz üçün çox ağır oldu”.

Federal kansler bu bəyanatını Hannoverdə beynəlxalq sənaye sərgisinin açılışında səsləndirib. O, vətəndaşları “pandemiyaya qarşı mübarizədə ən vacib silah” adlandırdığı peyvəndləməni yubatmamağa çağırıb.

 

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

14 Aprel 2021 09:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə