Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Linqard maraq dairəsinə düşüb

İngiltərənin “Mançester Yunayted” klubunun “Vest Hem”ə icarəyə verdiyi futbolçusu Cessi Linqard bir çox komandanın maraq dairəsinə düşüb. 28 yaşlı futbolçu Avropa nəhənglərinin diqqətini çəkib. Belə ki, İspaniyanın “Real”, Fransanın PSJ və İtaliyanın “İnter” klubları Linqardla yaxından maraqlanır. Bundan əlavə, “Vest Hem” klubu da 2022-ci ilin yayınadək “qırmızı şeytanlar”la müqaviləsi olan Cessini birbaşa transfer etmək istəyir. Qeyd edək ki, Cessi Linqard bu mövsüm 9 oyuna çıxaraq, 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

 

Xəbəri “Eurosport” verib.

Elçin ABBASOV,

“Xalq qəzeti”

14 Aprel 2021 09:35 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə