Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 91                      Bakı şəhəri, 12 aprel 2021-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında” 2020-ci il 10 yanvar tarixli 5 nömrəli, “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 17 mart tarixli 92 nömrəli, “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nın təsdiq edilməsi barədə” 2020-ci il 20 mart tarixli 102 nömrəli və “İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 5 oktyabr tarixli 376 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli 38 nömrəli, 5 mart tarixli 59 nömrəli, 16 mart tarixli 69 nömrəli, 19 mart tarixli 74 nömrəli, 31 mart tarixli 81 nömrəli, 1 aprel tarixli 83 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə”nin “5.1.0. “Poliklinika və ambulatoriya” köməkçi bölməsinin birinci cümləsində “səhiyyə xidməti” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə, “müəssisələrin” sözü isə “tibb müəssisələrinin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 63) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1.2-ci yarımbənddə, 3.1-ci bənddə, 4-cü hissənin adında, 4.1-ci bənddə (hər iki halda) və 4.2-4.4-cü bəndlərdə ismin müvafiq hallarında “səhiyyə xidməti” sözləri ismin müvafiq hallarında “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilsin;
2.2. “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə Əlavə - “XİDMƏTLƏR ZƏRFİNƏ DAXİL OLAN TİBBİ XİDMƏTLƏRİN SİYAHISI VƏ TARİFLƏRİ” üzrə:
2.2.1. 1.1-ci bənddə “SƏHİYYƏ XİDMƏTİ” sözləri “TİBBİ-SANİTARİYA YARDIMI” sözləri ilə əvəz edilsin;
2.2.2. 1.1.18-ci yarımbənddə “səhiyyə” sözü “tibbi-sanitariya yardımı göstərən tibb” sözləri ilə əvəz edilsin.
3. “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 92 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 353) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adında və 1-ci hissədə “səhiyyə xidməti” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” üzrə:
3.2.1. adında, 1.1-ci bənddə və 2.1.2-ci yarımbənddə “səhiyyə xidməti” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilsin;
3.2.2. 2.1.4-cü yarımbənddə “səhiyyə xidmətləri” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 20 mart tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 363) ilə təsdiq edilmiş “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.2-ci bənddə hər iki halda “səhiyyə xidməti” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilsin;
4.2. 4.7-ci bənddə “səhiyyə xidmətləri” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 oktyabr tarixli 376 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1265) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Qaydası”nın 3.2-ci bəndində “səhiyyə xidməti” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilsin.
 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə