Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“WhatsApp” messencerinin istifadəçiləri yeni boşluq haqqında xəbərdar ediliblər

Mütəxəssislər "WhatsApp" messencerində istifadəçinin hesabını bloklamağa imkan verən yeni boşluq aşkar ediblər.

 

 "Xalq qəzeti" xəbər verir ki, məlumatda deyilir ki, hakerlər proqramın iki "zəif yeri"ndən (məhz telefon nömrəsinə bağlanmadan və dəstək xidmətinə müraciət etməklə istifadəçini hesaba girişdən məhrum etmək imkanından) istifadə edirlər.

 

Messencerdə telefon nömrəsini daxil etdikdə xidmət adətən SMS mesaj və ya zəngin köməyi ilə göndərilən təsdiqetmə kodunu tələb edir. Bədniyyətlilər səhv kod daxil edir və "WhatsApp" kodun sıfırlanması imkanını 12 saatlıq bloka salanadək yenisini sorğu edirlər.

 

Bundan sonra fırıldaqçılar messsencerin dəstək xidmətinə qurbanın telefon nömrəsini göstərməklə telefonun itməsini səbəb gətirərək hesabı bloklamaq xahişindən ibarət sorğu göndərirlər.

13 Aprel 2021 17:05 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə