Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtın iki küçəsində hərəkət dəyişdirilib - FOTO

Bakının Nəsimi rayonunda Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilib.

  Bakı Nəqliyyat Agentliyindən (BNA) "Xalq qəzeti"nə verilən məlumata görə, Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində Ü.Hacıbəyli küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəzlənib.

Eyni zamanda Ü.Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1,7 nişanlanma xətti) təşkil edilib, işıqfor obyektində daimi sağa bölməsi isə ləğv edilib.

“Həyata keçirilən dəyişikliklər küçələrin kəsişməsində hərəkəti buraxma qabiliyyətini 25 % artıracaq. Sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub.

13 Aprel 2021 16:30 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə