Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“8K” formatlı televizorların gələcəyi təsvir edilib

“Strategy Analytics” analitik agentliyi dörd ildən sonra böyük ekran diaqonalına malik “4K” formatlı televizorların satışdan çıxarılacağını proqnozlaşdırır.

"Xalq qəzeti" xəbər verir ki, ekspertlərin hesablamalarına görə, 2025-ci ildə “8K” matrisalı televizorların populyarlığı artacaq ki, bu da qeyd olunan seqment üzrə qurğuların satış həcminin artmasına səbəb olacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2021-ci ildə 1 milyon, 2022-ci ildə 4 milyondan çox “8K” televizor satılacaq. 2025-ci ildə Şimali Amerika və Çin “8K” televizorların tətbiqi tempinə görə aparıcı regionlar kimi təşəkkül tapacaq, 25 milyona yaxın ev təsərrüfatı minimum bir “8K” ekranlı məişət cihazına malik olacaq.

 

Hesabata görə, 2020-ci ildə “8K” formatlı televizorların satışı avadanlıq istehsalçılarının proqnozlarından aşağı səviyyədə olub. Koronavirus pandemiyası səbəbindən alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə yanaşı, əksər idman tədbirləri, məsələn, Olimpiya Oyunları ləğv edilib.

 

Bildirilir ki, “4K” televizor istehsalçılarının bütün istehsal xətlərini yeni televizorların buraxılışına keçirəcəyi gözlənilir ki, bu da “8K”dan fərqlənən modellərin satışdan çıxarılması ilə nəticələnəcək. “8K” formatına keçid 70 düymlük diaqonala malik böyük televizorlardan başlayacaq və 60 düym diaqonallı avadanlığın buraxılışı ilə başa çatacaq.

13 Aprel 2021 19:42 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə