Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı dialoqa dəvət edib

Ankara Rusiya və Ukrayna arasındakı fikir ayrılıqlarının tezliklə sülh və danışıqlar yolu ilə həllinə tərəfdardır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü haqda danışarkən bəyan edib. Məlumatı “Anadolu” verib.

 

Ərdoğanın sözlərinə görə, Moskva və Kiyev arasında münaqişənin dialoq yolu ilə tənzimlənməsi regionda sülh və təhlükəsizliyin təminatı üçün çox vacvibdir.

Türkiyə lideri görüşdə həmkarının diqqətini son zamanlar Qərb ölkələri tərəfindən Ankaranın siyasətini tənqid etmək hallarının artmasına cəlb edib: “Xarici siyasətdə özünü doğrultmayan və şəxsi ambisiyalarını tutduqları vəzifədən üstün hesab edən siyasətçilər bu çatışmazlıqlarını gizlətmək üçün mənə və müsəlmanlara hücum edirlər”. O, əlavə edib ki, hələ də Avropadakı türkləri keçən əsrin 60-cı illərinin dar çərçivəsinə sıxışdıqmaq istəyənlər artmaqda olan reallığı və diasporun möhkəmləndiyini qəbul etmək istəmirlər.

Türkiyənin dövlət başçısı qeyd edib ki, son 19 illik dövr ölkəsinin rekord nailiyyətləri və uğurları ilə doludur: “Bu, bizim gənc nəslin və ölkənin qadın hissəsinin dəstəyi sayəsində mümkün olub”. Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, Türkiyənin yeni növ koronavirus pandemiyasına qarşı uğurla mübarizə apardığını bildirib.

Onun sözlərinə görə, pandemiya başlayandan bəri Türkiyə 142 xarici ölkədən 100 min vətəndaşını vətənə qaytarıb. Ərdoğan deyib: “Türkiyə və türk xalqı bu günə qədər 152 ölkəyə və 12 beynəlxalq təşkilata yardım göndərərək, özünün xeyirxahlığını bütün dünyaya nümayiş etdirib”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

13 Aprel 2021 00:56 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə