Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tələbə baharı XV ümumrespublika tələbə yaradıcılığı festivalının keçirilməsinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
• İştirak haqqı 100 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Bank-Dövlət Xəzinədarlığı Agentliyi
Kod -210005
M/h- AZ41NABZ
01360100000000003944
VÖEN- 1401555071
SWIFT- CTREAZ22
Alan müştəri- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h- AZ50CTRE
00000000000002147771
VÖEN- 1500171121
Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu- 142330
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının analoji iş təcrübəsi barədə məlumat;
-peşəkarlığı, təcrübəsi, texniki imkanları, idarəetmə səriştəsi, etibarlığı barədə məlumatlar (festivalın rejissoru tanınmış incəsənət xadimi olmalı və festivalın seçim turunu respublikanın tanınmış incəsənət xadimləri qiymətləndirməlidirlər);
- tender bitməmiş ssenari təqdim edilməlidir.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 30 aprel 2021-ci il saat 18.00-a , tender təklifi ilə bank təminatı sənədlərini isə 11 may 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 12 may 2021-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
E-şərtlər toplusunu 2021-ci il aprelin 13-dən sonra əldə etmək olar.
 

Tender komissiyası

13 Aprel 2021 01:28 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 May 2021 | 03:00
BİLDİRİŞ
18 May 2021 | 02:11
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə