Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti 2021-ci ilin tələbatına uyğun olaraq NNAK kitabçalarının, “Kvota” icazələri və sadələşdirilmiş vergi ödəyiciləri (daşıyıcılar) üçün fərqlənmə nişanlarının, xüsusi fərqlənmə nişanlarının və sair çap işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, tender təkliflərini “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq etender.gov.az elektron portalında yerləşdirsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.
İşlərin yerinə yetirilməsi 2021-ci ilin sonunadək nəzərdə tutulur.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra etender.gov.az elektron portalından tenderin əsas şərtlər toplusunu ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.
İştirak haqqı 300 manatdır.
Tender sənədləri üçün köçürülmüş vəsait geri qaytarılmır.
İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Təşkilatın adı–Dövlət Avtomobil Nəqliyyatı Xidməti
H/h-AZ17CTRE00000000000002777701
VÖEN- 1501956531
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
Bankın VÖEN-i -1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T: CTREAZ22
Büdcə səviyyəsinin kodu- 7
Büdcə təsnifatının kodu-142330
Ödəniş sənədlərində məqsədli maliyyələşmə olması göstərilməlidir.
Tenderdə iştirak etmək istəyənlər 3 may 2021-ci il saat 10.00 -dək aşağıdakı sənədləri etender.gov.az elektron portalında yerləşdirməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında son 1 maliyə ili nəzərdə tutulan arayış;
-son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanından arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən son 1 maliyə ili nəzərdə tutulmaqla təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının rəsmi blankında təqdim olunmuş bank rekvizitləri və ünvanı;
-qeydiyyatdan keçdiyi ölkə (reysterdən çıxarış);
-nizamnamə ;
-analojı işlərin yerinə yetirilməsinə aid iddiaçıların potensial imkanları haqqında məlumat (maddi-texniki baza, avadanlıq, işçi qüvvəsi və s.).
Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcəkdir.Tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.
Həmin təminat zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.
İddiaçılar tender təkliflərini 12 may 2021-ci il saat 13.00-a qədər etender.gov.az elektron portalında yerləşdirməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcəkdir.
Tender proseduru 17 may 2021-ci il saat 10.00-da etender.gov.az elektron portalında keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün etender.gov.az, [email protected] elektron portalına və ya əlaqələndirici şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs- Həsənov Vüqar Etibar oğlu, telefon – 012-566-52-58 (mobil telefon – 055-767-77-57).
 

Tender komissiyası

13 Aprel 2021 01:47 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ
9 May 2021 | 00:29
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə