Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafada şəhidin adı əbədiləşdirildi

Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Həsənov Elnur Elman oğlunun xatirəsi əbədiləşdirilib. Ağstafa şəhərində inşa olunan bulaq kompleksinin açılışında rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, şəhidin valideynləri, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidin xatirə lövhəsi önünə tər qərənfillər düzmüşlər.
Seymur Orucov, şəhidin atası Elman Həsənov və başqaları çıxış edərək torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığından, eləcə də ölkəmizdə şəhid ailələrinə və qazilərə, dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan geniş söz açıblar.
Məlumat üçün bildirək ki, Elnur Həsənov 15 sentyabr 1992-ci ildə Ağ stafa şəhərində anadan olub. O, Fü zuli, Laç ın və Ş uş a uğ runda gedən dö yüş lərdə qəhrəmanlıq göstərib. 8 noyabr, 2020-ci il tarixində Şuşa şəhərinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə canını sipər edərək şəhadətə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşa uğrunda” medalları ilə təltif olunub.
 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

13 Aprel 2021 02:48 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə