Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriyanın IMC Krems Universitetinin əməkdaşları ilə onlayn görüş

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın IMC Krems Universiteti arasında 10 ildən çox davam edən ikili diplom proqramı 200 –dən çox savadlı kadrların yetişdirilməsində böyük rol oynayıb.

 

Əməkdaşlığın daha səmərəli təşkili və “2019 – 2023 - cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı başlıca məqsəd kimi dəstəkləyən Azərbaycan Turizm və Menecment Universiteti və Avstriyanın IMC Krems Universitetinin rektorları İlham Mədətov və Karl Ennsfellner, Azərbaycan – Avstriya Turizm Proqramının (AATP) koordinatorları Elmira Hacıyeva və Yens Peter Ennen, rektor müşaviri Elvin Yusifli və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa onlayn görüşün tərəf müqabili olublar. Onlayn görüşdə hər iki ali təhsil müəssisəsinin rektorları ixtisaslı kadrların hazırlanması istiqaməti üzrə Azərbaycan – Avstriya Turizm Proqramının (AATP) daha səmərəli təşkili, təhsilin keyfiyyəti, rəqabətliliyin artırılması sahəsində birgə fəaliyyəti günün tələbi kimi dəyərləndiriblər.
Fikir mübadiləsi şəraitində keçən görüşdə hər iki ali təhsil müəssisəsinin nümayəndələri adıkeçən proqramın müasir tələblərə uyğun, rəqabətədavamlı tərəflərinə münasibət bildiriblər.
 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

13 Aprel 2021 02:41 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə