Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Bosfor boğazına paralel yeni İstanbul kanalının çəkilişinə başlayacaq

Qardaş Türkiyənin nəinki Avrasiya məkanında, eləcə də beynəlxalq nəqliyyat-kommunikasiya sistemində rolunu və mövqeyini önəmli dərəcədə gücləndirəcək daha bir qlobal layihənin – İstanbul kanalının çəkilişinin gündəmə gəlməsi Azərbaycanda da böyük sevinc və məmnunluqla qarşılanıb.
Dünyanın informasiya məkanında geniş yer alan xəbərdə bildirilir ki, Türkiyə dövləti bu ilin yayından İstanbul kanalının tikintisinə başlamağı planlaşdırır. Bosfor boğazına paralel çəkiləcək kanal Qara dənizlə Mərmərə dənizini birləşdirəcək. Ümumilikdə, görüləcək işlər 15 milyard dollar vəsait və 7 il vaxt tələb edəcək. İstanbulun Avropa hissəsinin yaxınlığından keçəcək kanalın hər iki sahilində yarım milyon insanın yaşayacağı şəhərlər də salınacaq.
Türkiyəli ekoloqlar kanalın İstanbulu su ilə qidalandıran göllərin üzərindən keçməsinə görə narahatlıqlarını ifadə etsələr də, ölkə prezidenti Rəcəb Tayyip Ərdoğan qiymətləndirmə işlərinin yekunlaşmaqda olduğunu elan edib. Türkiyə hökuməti buvaxtadək Bosfordan keçən və ildə 150 milyon ton neftdaşıyan tankerlərini yeni İstanbul kanalından buraxmağı planlaşdırır. Kanaldan ildə 85 min gəminin keçməsi və gələcəkdə kommersiya əsaslı olması nəzərdə tutulur. Hazırda Bosfor boğazı yüklənib və ildə 55 min gəminin keçidini təmin edir. Burada ildə 20-dək qəza olur.
Xəbərlərdə qeyd edilr ki, İstanbul kanalı üçün ən böyük təhlükə Montrö Konvensiyası ilə bağlıdır. 1936-cı ildə qəbul olunan həmin konvensiya Bosfor və Dardanel boğazlarında hərbi və mülki gəmilərlə bağlı kvota müəyyən edən beynəlxalq sənəddir. Bu beynalxalq sənəd Qara dəniz sahillərində yerləşməyən ölkələrin hərbi gəmilərinin boğazlardan keçidinə və Qara dənizdə qalma müddətlərinə məhdudiyyət tətbiq edir.
Türkiyə İstanbul kanalını Montrö Konvensiyanın təsir dairəsindən çıxarmaqla Qara dənizlə Aralıq dənizi arasında dəhlizə tam nəzarət etmək şansı qazanacaq. Digər tərəfdən, Qərb ölkələri İstanbul boğazının fəaliyyətinin beynəlxalq qaydalarla tənzimlənməsində və Montrö Konvensiyasının təsir dairəsinə salınmasında maraqlı olacaq. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında bugünlərdə olmuş sonuncu telefon danışığı zamanı Montrö Konvensiyasının dəyişilməz qalması barədə müzakirə Kremlin İstanbul kanalı ilə bağlı narahatlığının ifadəsi olmuşdur.
R.TAHİR, “Xalq qəzeti”

13 Aprel 2021 02:40 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə