Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan Qarabağın bərpasına öz köməyini təklif edib

Qarabağ münaqişəsi Azərbaycan xalqının torpaqlarına böyük bəlalar və dağıntılar gətirib, indi isə Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir.
Bunu Özbəkistan Prezidentinin Administrasiyası nəzdində İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri Asadjon Xocayev deyib.

Artıq bir məktəbin tikintisi ilə bağlı razılaşma əldə olunub
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə infrastruktur tikintisi və bərpası iə bağlı çox iş görmək lazımdır: "Burada, demək olar ki, hər şey dağıdılıb və dünya ictimaiyyəti buna diqqət yetirməlidir".
O əlavə edib ki, bura qayıdan sakinlərin üzlərində xoşbəxtlik əlamətləri sezilir.
Agentlik rəhbəri bildirib ki, Türk Şurası ölkələri azad edilmiş ərazilərdə bərpa işlərində fəal iştirak edəcək və bundan əlavə, Özbəkistan bu ərazilərin infrastrukturunun inkişafında öz köməyini təklif edib: "Hazırda biz mütəxəssislərlə birgə iştirak edəcəyimiz obyektlərin siyahısını müəyyənləşdiririk. Mənə məlum olduğu qədər, bir məktəbin tikintisi ilə bağlı razılaşma var. Bu, Özbəkistandan Azərbaycan xalqına hədiyyə olacaq".
A.Xocayev əlavə edib ki, tezliklə bu əməkdaşlığın nəticələri görünəcək və ən əsası isə odur ki, Qarabağ torpaqlarında sülh bərqərar olub.
Hazırladı: M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

13 Aprel 2021 00:56 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə