Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk Şurasının informasiya və media üzrə yüksək rəsmilərinin Ağdam və Gəncəyə səfəri Türkiyə mediasının diqqət mərkəzində olub

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmilərinin Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna və Gəncə şəhərinə səfəri barədə silsilə materiallar yayıblar.
Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Global” telekanalları, “Sabah”, “Milli qezete” və digər qəzetlər səfərlərin təfərrüatları barədə məlumatları türkdilli oxuculara çatdırıblar. Xəbərlərdə diqqətə çatdırılır ki, Türk Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri işğalçı Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandalizmlə yerindəcə tanış olublar.
Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarını Ermənistan işğalından azad etdiyini bir daha diqqətə çatdıran KİV-lər düşmənin törətdiyi dəhşətli dağıntıların, eləcə də savaş günlərində ermənilərin Gəncə və digər şəhər və rayonlarda mülki əhalimizi hədəfə almaqla törədikləri bəşəri cinayətlərə dair video və fotolar təqdim edib.
Yayılan informasiyalarda Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altunun açıqlamalarına geniş yer verilib.
 

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

13 Aprel 2021 00:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə