Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad olunmuş ərazilərə səfər burada gördüklərimizi dünyaya çatdırmaq üçün nadir imkandır

Azərbaycanda olmağımdan olduqca məmnunam. İkinci Qarabağ müharibəsi zamanı baş verən hadisələr barədə Berlində internet vasitəsilə məlumat alırdıq. Çox təəssüf ki, alman cəmiyyətinə müharibə barədə həqiqətləri çatdırmaq çətin idi. Ona görə də mənim üçün burada olmaq, işğaldan azad olunan doğma torpaqlarınıza səfər etmək olduqca əhəmiyyətlidir. Bu səfər mənim üçün çox vacibdir.

 

Bu fikirləri ADA Universitetində jurnalistlərə açıqlamasında Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux söyləyib.
Professor daha sonra deyib: “Siz torpaqlarınızı işğaldan azad etmək üçün uzun illər gözləmisiniz, beynəlxalq hüquq çərçivəsində hərəkət etmisiniz. Buna görə də bu səfər bizim üçün vəziyyəti öz gözlərimizlə görmək, hadisə şahidlərini dinləmək, həqiqətləri çatdırmaq üçün nadir imkandır. Ümid edirəm ki, həmkarlarım bu səfərdən sonra ölkələrində doğru məlumatların yayılmasına yardımçı olacaqlar”.
 

AZƏRTAC

13 Aprel 2021 00:11 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə